METBUAT.AZ

Ölkə

Bu küçədə hərəkət məhdudlaşdırılır

5 Avqust 2024 16:02

6 avqust saat 00:00-dan 9 avqust saat 09:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək ) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Metbuat.az xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


metbuat.az.