METBUAT.AZ

Ölkə

Bu məhsullar tezliklə ucuzlaşacaq -

7 Avqust 2024 12:42

"Bu il kənd təsərrüfatı məhsullarının baha olması əsasən hava şəraiti ilə bağlıdır. Son günlər artıq havalar normalar daxilində cərəyan edir. Qarşıdakı həftələrdə pomidor, qarpız, yemiş, bibər və digər kənd təsərrüfatı məhsulları ucuzlaşmağa başlayacaq".

Bu sözləri Metbuat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib. O qeyd edib ki, şəkər, duru yağlar, kərə yağı və ətin ucuzlaşma ehtimalı çox aşağıdır:

"Bu məhsullar adətən sabit qiymət nümayiş etdirir. Mövsümə görə bu məhsulların adətən qiyməti dəyişmir, əvvəllər isə dəyişirdi. Bu da məhsulların qıtlığı ilə əlaqədardır".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.