19 Avqust 2024 09:04
ABŞ-li demokrat senator Mark Kelli hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişə bilər.
Metbuat.az "Politico"ya istinadən xəbər verir ki, senator deyib:
"130 min rus evlərini tərk etmək məcburiyyətində qalıb və məncə, ukraynalılar bu münaqişənin gedişatını həqiqətən dəyişə biləcək gözlənilməz bir iş görüblər".
Mark Kelli ABŞ silahlarının Rusiya ərazisində istifadə edilməsindən danışarkən bildirib:
"Hazırda mən bunun əleyhinə deyiləm. Vladimir Putin Ukraynaya qanunsuz hücum edib. Bu, qeyri-qanuni işğal idi. Bu işğaldır, gəlin bunu belə xarakterizə edək. Hələlik mən düşünmürəm ki, ukraynalılar Rusiya ərazisini qəsdən uzun müddət saxlamaq istəyirlər, lakin bu, Putini həqiqətən şoka salıb”.