METBUAT.AZ

Dünya

Bu ölkə Kiyevə rekord sayda PUA göndərdi

23 Avqust 2024 11:08

Latviya Ukraynaya 1300 dron göndərib, daha 1400 dron isə tədarük üçün hazırlanır.

Metbuat.az xəbər verir ki, bununla bağlı Latviyanın müdafiə naziri Andris Spruds "X" sosial şəbəkəsində məlumat yayıb. O bildirib ki, ümumilikdə Ukraynaya Latviya istehsalı olan 2700 PUA tədarük ediləcək.

Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, ümumilikdə Latviya Kiyevə müxtəlif tipli və xüsusiyyətli 3 min pilotsuz uçuş aparatı verib.

"Latviya şirkətləri ilə birlikdə biz Ukraynanın qələbəsinə qədər dəstəyimizi davam etdirəcəyik", - Spruds vurğulayıb.


metbuat.az.