16 Avqust 2024 16:54
Pakistanda 3 nəfər meymun çiçəyi virusuna yoluxub.
Metbuat.az xəbər verir ki, bu barədə Pakistanın Səhiyyə Nazirliyinin sözçüsü Sacid Şah məlumat verib.
O bildirib ki, virusa yoluxan insanlarda infeksiyanın yüngül simptomları var.
Ölkədə vurisun qarşısını almaq üçün tədbirlər görülür.
Qeyd edək ki Pakistanda 2023-cü ilin aprelindən bəri 11 nəfər meymunçiçəyi virusuna yoluxub. Onlardan biri ölümlə nəticələnib.