3 Avqust 2024 10:24
Filippinin Mindano adası sahillərində güclü zəlzələ olub.
Metbuat.az bildirir ki, bu barədə ABŞ Seysmoloji Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin maqnitudası 6,8 olaraq qiymətləndirilib.
Yeraltı təkanların episentri Barselona şəhərindən 20 kilometr uzaqda, Sakit okeanda, 17 kilometr dərinlikdə yerləşir.
Hadisə nəticəsində dağıntı baş verməyib, sunami təhlükəsi yoxdur.