6 Avqust 2024 09:03
Sudanda baş verən leysan və daşqınlar nəticəsində 32 nəfər həlak olub.
Metbuat.az xəbər verir ki, bu barədə Sudanın Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, ölkənin 18 əyalətindən 7-si yağış və daşqınlardan zərər çəkib.
Daşqın və leysan səbəbindən 32 nəfərin həyatını itirdiyi, 107 nəfərin yaralandığı, 5 min 575 evin isə qismən və tamamilə dağıldığı qeyd edilib.