2 Avqust 2024 16:00
Sinqapur və Tayvan təyyarələri İran səmasından istifadə etməyi dayandırıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb İsrail və İran arasında gərginliyin artması və qarşılıqlı hücumların baş verməsi barədə ehtimallar olub.
Bildirilib ki, Sinqapur İran səması əvəzinə alternativ marşrutlardan istifadə edəcək.
Tayvanın “China Airlines” və “Ava Air” aviaşirkətləri də Avropaya uçuşlarda İran səmasından istifadə etməyəcəyini açıqlayıb.