METBUAT.AZ

Dünya

Bu ölkənin ordusu Putinin köməyinə getdi -

13 Avqust 2024 23:32

Belarusun hərbi texnikasının bir hissəsi Rusiya ordusunun Kursk bölgəsindəki qüvvələrinə dəstək üçün bölgəyə gedir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin təcili hərbi kömək istəyinə əsasən ölkənin hərbi texnikasının bir hissəsinin Rusiyaya göndərilməsini əmr edib. Qeyd edək ki, bundan əvvəl Belarusun Müdafiə Nazirliyi ölkənin hərbi qüvvələrinin təlim keçmək üçün Rusiyadakı poliqona göndərildiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, Ukrayna sərhədə yaxın rayonlarda, xüsusilə Kurskda əməliyyatlar təşkil edir. Ukrayna ordusu sərhədin 12 kilometr içərisinə daxil olu. Çox sayda məntəqənin Ukrayna ordusunun nəzarətində olduğu deyilir.


metbuat.az.