12 Avqust 2024 14:59
Ukrayna qoşunlarının Kursk vilayətinə qəfil hücumu Rusiya lideri Vladimir Putini və ölkənin hərbi rəhbərliyini şoka salıb.
Metbuat.az bildirir ki, bu barədə "BİLD" nəşri yazır. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri yorulmadan düşmənə pilotsuz təyyarələr, raketlər və artilleriya ilə təzyiq göstərir. Ruslar əlavə qüvvələr çağırmağa məcbur olublar.
Nəşr qeyd edir ki, Kursk vilayətində bir neçə gündür xaos hökm sürür. Ukrayna təhlükəsizlik rəsmiləri arasında olan mənbə, Kursk bölgəsindəki əməliyyatın “Rusiyada sabitliyi pozmaq” məqsədi daşıdığını açıqlayıb.