METBUAT.AZ

Ölkə

Bu şəhərdə qazın verilişi dayandırıldı

14 Avqust 2024 15:30

Mingəçevirin bəzi hissələrində qazın verilişi dayandırılıb.

Metbuat.az bildirir ki, Mingəçevir şəhərinin sol hissəsinində bütün küçələrində, sağ hissədə Təbriz, Z.Həsənova, Babək, A.Ələsgər, M.S.Ordubadi, Koroğlu, M.Müşfiq, N.Vəzirov, Niyazi küçələrində qaz təchizatında fasilə yaranıb.

Bildirlir ki, Kür çayının sol hissəsini və sağ sahil adlanan hissəsini təbii qazla təchiz edən daşıyıcı qaz kəmərlərinin yekunlaşanadək kompressor vasitəsilə 2 atmosfer təzyiqdə hava ilə kipliyə sınanması məqsədilə şəhərin bəzi ərazilərində qazın verilişi dayandırılıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.


metbuat.az.