METBUAT.AZ

Sosial

Bu şəxslər Qarabağa buraxılmayacaq -

9 Avqust 2024 10:07

Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar.

Metbuat.az xəbər verir ki, belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilir ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, axtarışda olan şəxs məkanından asılı olmayaraq polis əməkdaşı tərəfindən aşkarlanırsa, axtarışa verildiyi rayon üzrə təhvil verilir.

Daha ətraflı "Xəzər Xəbər"in sujetində:



metbuat.az.