METBUAT.AZ

Elm və Təhsil

"Bu, Türkiyəyə təhsil üçün gedənlərin sayına təsir edəcək" -

7 Avqust 2024 15:51

Xəbər verdiyimiz kimi, yeni tədris ilindən Bakıda Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Bəs, bu universitetin tələbələr üçün hansı üstünklükləri olacaq?

Mövzu ilə bağlı Metbuat.az-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, Türkiyə-Azərbaycan Universitetində üç ixtisas olacaq:

"Türkiyə universitetləri ilə paralel ikili diplom proqramı nəzərdə tutulub. Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin qəbulu əsasında ikili diplom proqramı həyata keçiriləcək. Azərbaycan vətəndaşları üçün olduqca uyğun universitet hesab oluna bilər. Çünki ixtisaslar dövrün tələbinə uyğundur. O cümlədən, ayrılmış plan yeri hər ixtisas üzrə 30 yerdir.

Yüzlərlə azərbaycanlı təhsil arxasınca xarici ölkələrə, o cümlədən Türkiyəyə üz tutur. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, Türkiyədə təhsil almaq istəyən tələbələrin sayına təsir etmiş olacaq. Onlar birbaşa ölkəmizdə, məhz həmin universitetdə təhsil almaqda maraqlı olacaqlar”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.