METBUAT.AZ

Hadisə

​Cəlilabadda evdə tapılan meyitlə bağlı bəzi detallar məlum oldu

12 Avqust 2024 10:09

Cəlilabadda evlərdən birində tapılan meyitlə bağlı bəzi detallar məlum olub.

Metbuat.az xəbər verir ki, hadisə zamanı 1986-ci il təvəllüdlü Aybəniz Əbilova evdə tək olub.

Bildirilib ki, onun həyat yoldaşı uzun müddət giriş qapısının açılmamasından sonra hasarı aşaraq həyətə, ardınca evə daxil olub.

Daha sonra evdə yoldaşının cansız bədənini görüb.

Qeyd edək ki, A.Əbilovanın iki övladı var.

Daha ətraflı Baku TV-nin süjetində:



metbuat.az.