METBUAT.AZ

Ölkə

Çimərliyə getmək istəyənlərin nəzərinə

20 Avqust 2024 12:49

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a bildirilib ki, avqustun 21-də çimərliklərdə şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)

27-28° isti olacaq.


metbuat.az.