METBUAT.AZ

Dünya

Çin 11 yeni nüvə reaktoru inşa edəcək

21 Avqust 2024 09:56

Çin höküməti ölkənin 5 bölgəsində 11 yeni nüvə reaktoru inşa etməyə qərar verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, reaktorlar şimalda Şandonq, şərqdə Sianqsu ile Sicianq, cənubda Quandonq əyaləti və Quanqşi Suanq bölgəsində inşa ediləcək.

İnşasına qərar verilən 11 yeni reaktorun 220 milyard yuana (30,85 milyard dollara) başa gələcəyi hesablanıb.

Qeyd edək ki, hal=hazırda 55 aktiv nüvə reaktoruna sahib olan Çin ABŞ və Fransadan sonra ən çox reaktora sahib ölkədir. Ölkə layihə və inşa mərhələsində olan 36 yeni reaktorun da tamamlanması ilə bu sahədə dünya lideri olmağı planlaşdırır.


metbuat.az.