12 Avqust 2024 15:33
Çin yük daşıyan dronunu sınaqdan keçirib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, iki mühərrikli dronun yük götürmə qabiliyyəti 2 ton, qanadları 16,1 metr, hündürlüyü isə 4,6 metrdir.
Bildirilib ki, dron dövlət tərəfindən maliyyələşdirilən "Sichuan Tengden Sci-tech Innovation Co" şirkəti tərəfindən hazırlanıb.
Pilotsuz dronun ilk sınaq uçuşu təxminən 20 dəqiqə davam edib.