METBUAT.AZ

İdman

ÇL-dən kənarda qalan "Qalatasaray"da ilk istefa

28 Avqust 2024 16:39

"Qalatasaray"ın İdarə Heyətinin üzvü Ali Yüce tutduğu vəzifədən istefa verdiyini idarə heyətinə çatdırıb.

Metbuat.az bildirir ki, bu barədə türk mediasına məlumat yayıb. Rəhbərlik vəziyyəti saat 18.00-da keçiriləcək iclasda dəyərləndirəcək.

Qeyd edək ki, İstanbul təmsilçisi Çempionlar Liqasının play-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubuna hər iki oyunda (0:1 və 2:3) məğlub olub və qitənin ən nüfuzlu klub turnirindən kənarda qalıb.


metbuat.az.