METBUAT.AZ

Dünya

"Crocus" terrorunu törədənlərin həbs müddəti uzadıldı

29 Avqust 2024 12:13

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalında törədilən terror aktında şübhəli bilinən şəxslərin həbs müddətini uzadıb.

Metbuat.az xəbər verir ki, TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Moskvanın Basmannı rayon məhkəməsinin qərarları ilə Ş.Qadoyev, Z.A.İsmoilov, M.A.Soliyev, U.A.Soliyev, X.Ə.Xamidov (terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib) həbs müddətini dekabrın 1-dək uzadıb.

Qeyd edək ki, martın 22-də baş vermiş hadisə zamanı 150 nəfərə yaxın insan ölüb, 551-i isə yaralanıb.




metbuat.az.