16 Avqust 2024 03:17
“Oyunçularımla fəxr edirəm. Cütün favoriti hesab olunmurduq. Qələbə qazandığımız üçün şadam”.
Metbuat.az xəbər verir ki, bu sözləri “Sent Patriks”in baş məşqçisi Stefan Kenni Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.
O, Bakı klubunun yüksək səviyyəli futbolçularının olduğunu bildirib: “Rəqib komanda görüşə daha yaxşı başlamışdı. Lakin hər iki matçda qalib gəlməyimiz, məncə, rəqibindən üstün olduğumuzu sübut etdi".