METBUAT.AZ

Dünya

Daha bir ölkə meqazəlzələyə hazırlaşır

12 Avqust 2024 10:42

Yaponiyadan sonra Peru da meqa zəlzələ təhlükəsi ilə üz-üzədir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Peru Geofizika İnstitutunun prezidenti Hernando Tavera deyib.

O, bildirib ki, ölkənin mərkəzi sahillərində 8,8 bal gücündə zəlzələnin olması ehtimalı kifayət qədər yüksəkdir:

"Bu 1, 50, 100 ildən sonra baş verə bilər, lakin zəlzələ mütləq baş verəcək. Biz buna hazır olmalıyıq".

Tavera qeyd edib ki, Perunun mərkəzi sahillərində qeydə alınan ən güclü zəlzələ 1746-cı ildə baş verib, onun təxmini maqnitudası 8,8-9 bal arasında olub. O vaxtdan indiyədək belə güclü zəlzələlər olmayıb, bu isə o deməkdir ki, enerji 278 ildir yığılır.

Xatırladaq ki, avqustun 8-də Yaponiyada 7,1 bal gücündə zəlzələ, ardınca isə kiçik sunami baş verib. Bir neçə saat sonra Yaponiya Meteorologiya Agentliyi ilk meqazəlzələ xəbərdarlığını edib.


metbuat.az.