19 Avqust 2024 15:32
Sosial media fenomeni Dilan Polat azadlığa buraxılıb.
Metbuat.az bildirir ki, bu barədə türk mediası məlumat yayıb. Məlumata görə, 11 aydır həbsdə olan Dilan Polatın həbslə bağlı qərara etirazına baxılıb və o həbsdən azad edilib.
Qeyd edək ki, sosial media fenomeni ötən ilin noyabr ayında çirkli pulların yuyulmasında ittiham edilərək həb edilmişdi.