METBUAT.AZ

Dünya

Dilan Polat azadlığa buraxıldı

19 Avqust 2024 22:05

Məşhur türkiyəli fenomen Dilan Polat azadlığa buraxılıb.

Metbuat.az xəbər verir ki, məhkəmə onun istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Onlar çirkli pulların yuyulmasında ittiham olunur.


metbuat.az.