METBUAT.AZ

Gündəm

Dominqesin paylaşımı birmənalı qarşılanmadı -

11 Avqust 2024 12:14

Azərbaycanı “Paris-2024”də boks yarışlarında təmsil edən və finalda məğlub olaraq gümüş medal alan Loren Alfonso Doningesin paylaşımı birmənalı qarşılanmayıb.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, gümüş mükafatçımız ona edilən tənqidlərə sosial şəbəkə hesabının hekayə bölməsində sərt şəkildə cavab verib.

O, - “Bəli, bilirəm ki, əcnəbiyəm, amma Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm və sizin ölkəniz üçün etmədiyinizi edib, Azərbaycan bayrağını yüksəklərə qaldırmışam” - deyə cavab verib.

Onun bu cür reaksiyası isə insanlar tərəfindən tənqidlərlə qarşılanıb.


metbuat.az.