METBUAT.AZ

İdman

Dörd qol vuruldu, qalib müəyyənləşmədi

4 Avqust 2024 19:56

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub.

Metbuat.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib.

“Bank Respublika Arena”da reallaşan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Sabah"ın heyətində Namik Ələsgərov ilə Xəyal Əliyev, "Şamaxı"da isə Rüfət Abbasov və Pusi fərqləniblər.

Günün son oyununda “Zirə” “Səbail”i sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Turun daha əvvəl keçirilən qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb.


metbuat.az.