METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neft bahalaşdı

14 Avqust 2024 10:19

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,55% artaraq 1 barelə görə 81,13 ABŞ dolları təşkil edib.

Metbuat.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,61% artaraq 1 barelə görə 78,83 ABŞ dollarına yüksəlib.


metbuat.az.