METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neft ucuzlaşdı

13 Avqust 2024 10:50

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,69% azalaraq 1 barelə görə 81,73 ABŞ dolları təşkil edib.

Metbuat.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,6% azalaraq 1 barelə görə 79,58 ABŞ dolları təşkil edib.


metbuat.az.