METBUAT.AZ

Dünya

Dünyanın ən böyük almazlarından biri tapıldı

22 Avqust 2024 16:14

Botsvanada nəhəng bir almaz tapılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Kanadaya aid "Lucara Diamond Corp" şirkəti Botsvananın paytaxtı Qaboronedən təxminən 430 kilometr uzaqlıqda yerləşən mədəndə 2492 karatlıq almaz tapdıqlarını açıqlayıblar.

Bu kəşf dünyada tapılmış ən böyük almazlardan biri kimi qeydə alınıb. Lakin almazın dəyəri və keyfiyyəti barədə heç bir məlumat verilməyib. Bu nəhəng daş karat baxımından 1905-ci ildə Cənubi Afrikada tapılan və tarixdə ən böyük, keyfiyyətli almaz kimi tanınan 3016 karatlıq "Cullinan" almazına çox yaxındır.

Botsvana prezidenti Mokvetsi Masinin nəhəng almazı görmək üçün mədənə baş çəkəcəyi gözlənilir.


metbuat.az.