27 Avqust 2024 11:08
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin telegram messencerin qurucusu Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli olduğunu bildirib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, spiker seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün Telegram-a nəzarəti ələ keçirməsinin vacib olduğunu qeyd edib.
“Telegram-ın fəal şəkildə fəaliyyət göstərdiyi və inkişaf etdiyi dövlətlər baş verənlərin mahiyyətini anlamalı və özləri qərar verməlidirlər. Onlar istəyirlər ki, Vaşinqton da bu platformaya nəzarət etsin. Onun işi hələ də ABŞ-ın siyasi maraqları naminə tənzimlənməməlidir”.
Qeyd edək ki, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında saxlanılıb. O, şəxsi təyyarəsi ilə səyahət edərkən Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb.