29 Avqust 2024 17:53
Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Bu isə 2022-ci illə müqayisədə 1.4 kiloqram çoxdur.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.2 kq qoyun və keçi əti, 1 kq donuz əti, 16.4 kq quş əti istehlak edilib. Beləliklə, Azərbaycanda ayda adambaşına 2.3 kq mal və qoyun əti, 1.4 kq isə quş əti yeyilib.
Qeyd edək ki, hesabat dövründə 258.8 kq süd və süd məhsulları, 189 ədəd yumurta, 8 kq isə balıq əti istehlak edilib.
Xatırladaq ki, bu dövrdə Azərbaycanda özünü təminetmə səviyyəsi, bütün növ ət və ət məhsulları üzrə 85.3%, süd məhsulları üzrə 84%, yumura üzrə 102.2%, balıq və balıq məhsulları üzrə isə 75.4% olub.