18 Avqust 2024 19:15
Səudiyyə Ərəbistanı Superkubokunda “Əl Hilal”a qarşı 1:4 hesablı məğlubiyyətdən sonra “Əl Nəsr” komandası baş məşqçisi Luis Kastronu vəzifəsindən azad edib.
Metbuat.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, Kastro 2023-cü ildən “Əl Nəsr”ə rəhbərlik edirdi və onun klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, təcrübəli mütəxəssis bundan əvvəl “Rio Ave”, “Çaves”, “Vitoria Gimaraeş”, “Şaxtyor”, “Al Duhail” və “Botafoqo” kimi klubları çalışdırıb.