METBUAT.AZ

Ölkə

Elza ödəniş etməsə efirə buraxılmayacaq

16 Avqust 2024 20:53

Əməkdar artist Elza Seyidcahanın sentyabrın 1-nə qədər efirlərdə görünməsi ödənişlə olacaq.

Metbuat.az-ın Olay.az-a istinadən məlumatına görə, buna rəvac verən isə onun yenidən millət vəkilliyinə namizəd olmasıdır. Belə ki, sənətçi verilişlərə çıxmaq üçün pul ödəməlidir. Çünki istənilən halda onun çıxışı təbliğat kimi qiymətləndirilir.

Qeyd edək ki, E.Seyidcahan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəddir.


metbuat.az.