12 Avqust 2024 18:51
Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Metbuat.az Modern.az-a istinadən bildirir ki, növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.
125 seçki dairə arasında ən çox və ən az namizədlərin olduğu yerlər isə artıq bəllidir.
Belə ki, ən çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Bu dairədə 13 deputatlığa namizəd qeydə alınıb.
Ən az namizədin qeydə alındığı dairələr isə 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsidir. Bu dairələrdə 6 nəfərin namizədliyi qeydə alınıb.