METBUAT.AZ

Elm və Təhsil

Ən yüksək keçid balı bu ixtisasda oldu

23 Avqust 2024 14:40

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) öz rekordunu yeniləyib.

Metbuat.az xəbər verir ki, bu barədə BANM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı ali məktəbin informasiya təhlükəsizliyi ixtisasında olub.

Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üçün açıqladığı nəticələrə əsasən, informasiya təhlükəsizliyi ixtisasına keçid balı 687 olub.

Bu, ölkə üzrə qeydə alınmış ən yüksək göstəricidir. BANM illərdir ki, bu siyahıya liderlik edir.

Əvvəlki rekord isə 685 bal idi.


metbuat.az.