METBUAT.AZ

İdman

Ərəblər "Siti"nin futbolçusunu da aldı

28 Avqust 2024 16:34

"Mançester Siti" Joao Kanselonun transferini açıqlayıb.

Metbuat.az bildirir ki, klubdan verilən açıqlamada portuqaliyalı sağ cinah müdafiəçisinin Səudiyyə Ərəbistanı komandalarından olan "Əl-Hilal"a transfer edildiyi qeyd edilib. Jorje Xesusun idarə etdiyi "Əl-Hilal" bu transfer üçün "Mançester Siti"yə 25 milyon avro ödəyəcək.

2019-cu ildə "Mançester Siti" ilə müqavilə imzalayan Joao Kanselo ötən mövsümü "Barselona"da başa vurub. Kanselo 2022/23 mövsümünün ikinci hissəsini icarə əsasında "Bavariya"da keçirib.

Portuqaliyalı müdafiəçi karyerasında "Benfika", "Valensiya", "İnter" və "Yuventus"da da çıxış edib.


metbuat.az.