METBUAT.AZ

Siyasət

Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır? -

28 Avqust 2024 14:49

"Ermənistan artıq uzun müddətdir ki, şərti sərhəd bölgələrində təxribat yönümlü hərəkətlər həyata keçirir. Azərbaycan tərəfini atəşə tutur. Burada Ermənistanın açıq-aşkar bir məqsədi var. O da Azərbaycanı təxribata çəkməkdir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O bildirib ki, Ermənistan bütün dünyaya, Avropa Birliynin müşahidə missiyasına bildirmək ki, guya Azərbaycan təcavüzkar ölkədir, Ermənistanı işğal etmək istəyir:

"Sözsüz ki, Azərbaycan Ermənistanın bu təxribatlarına gəlmir və gəlməyəcəkdə. Amma bu o demək deyil ki, əgər Ermənistan Azərbaycan ərazilərinə qəsd həyata keçirərsə, vətəndaşlarının həyatına təhdid yaradarsa buna susacaq. Təbii ki, Azərbaycan ona uyğun addımlar atacaq".

Politoloq bildirib ki, hansısa müharibədən söhbət gedə bilməz:

"Ermənistan Azərbaycanla müharibə etməyə hazır vəziyyətdə deyil. Onun hərbi texnikasının böyük bir hissəsi ikinci Qarabağ müharibəsində məhv edildi. İndi Fransadan, Hindistandan almağa davam edirr. Amma bu bir neçə ilə doldurulacaq bir itki deyil".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.