METBUAT.AZ

Dünya

Ermənistanda yaşayış binasında partlayış -

1 Avqust 2024 11:58

Ermənistanın Şirak vilayətindəki yaşayış binasında partlayış baş verib.

Metbuat.az xəbər Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

Bildiirlib ki, hadisə nəticəsində 13 yaşlı uşaq ölüb, iki nəfər isə xəsarət alıb. Xəsarət alan sakinlər Gümrü tibb mərkəzinə yerləşdirilib.


metbuat.az.