28 Avqust 2024 11:32
Alimlərin araşdırmalarına görə, gün ərzində 50 qramdan çox ət yemək xəstəliyə səbəb ola bilər.
Metbuat.az Bloomberg-ə istinadən xəbər verir ki, gün ərzində 50 qram ət yemək tip 2 diabet riskini 15 dəfə artırır.
Bildirilir ki, tip 2 diabet xəstəliyin ən çox yayılmış formasıdır və dünyada 500 milyondan çox insan bundan əziyyət çəkir.
Kembric Universitetinin tədqiqatçıları hesab edirlər ki, qlobal yaşlanma və çəki artımı 2050-ci ilə qədər bu rəqəmin iki dəfədən çox artmasına səbəb olacaq.
Tədqiqat göstərir ki, qlobal ət istehsalı son on ildə sürətlə artıb.