METBUAT.AZ

Yaşıl dünya naminə həmrəylik

"“Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb"

16 Avqust 2024 20:27

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar avqustun 16-da baş tutan Təşkilat Komitəsinin altıncı iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.

S.Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlərlə əlaqədar tam inklüzivliyin təmin edildiyini də diqqətə çatdırıb.


metbuat.az.