METBUAT.AZ

Ölkə

"Farş ətlərin tərkibinə bunları qatırlar " -

16 Avqust 2024 10:34

Marketlərdə satılan farş ətlər digər ətlərə nisbətən ucuz olur. Buna səbəb nədir? Belə ət alarkən nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Metbuat.az-a danışan qida mütəxəssisi Ağa Salamov bildirib ki, ət alarkən istehlakçılar ətin rənginə diqqət etməlidirlər.

"Ətin rəngi göyümtül olmamalıdır. İkinci isə ət şirə salmamalıdır, qoxusunu dəyişməməlidir. Mikrobioloji çirklənməyə məruz qalmammalıdır".

Bu sözləri Metbuat.az-a açıqlamasında qida mütəxəssisi Ağa Salamov deyib.

O bildirib ki, Farş almaq istəyən alıcılar isə, əti alıb gözlərinin qabağında çəkdirməlidirlər.

"İndi bəzi işbazlar ət çəkərkən ora ətin müəyyən qismlərini də vururlar ki, hansıki normalda onu satmaq mümkün deyil. Onlarda ətin ən keyfiyyətsiz hissəsi sayılır. Hətta farşa toyuq əti, dəridə qatırlar. Ona görə də farş ətlərin qiymətləri normal ətə nisbətən ucuz olur".


metbuat.az.