METBUAT.AZ

İdman

"Fənərbağça" Ferdinin ardından daha bir ulduzunu itirir

24 Avqust 2024 13:59

Ferdi Kadıoğlunun "Brayton"a satılmasından sonra daha bir əsas oyunçusu "Fənərbağça"nı tərk edə bilər.

Metbuat.az Fotomaç-a istinadən xəbər verir ki, söhbət İstanbul təmsilçisinin sağ cinah müdafiəçisi Osayi Samueldən gedir. Belə ki, İngiltərənin "Lester Siti" klubunun 26 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlandığı iddia edilir.

Bildirilir ki, İngiltərə klubu yaxın günlərdə "Fənərbağça" ilə təmasa keçəcək və şərtləri öyrənəcək.


metbuat.az.