METBUAT.AZ

İdman

"Fənərbağça" Ferdinin satışını gözləyir -

19 Avqust 2024 11:56

"Fənərbağça" Ferdi Kadıoğlunun satışından sonra transfer limitinin açılması ilə heyətə yeni oyunçuları cəlb edə biləcək.

Metbuat.az bildirir ki, türk mediasının yazdığına görə, İstanbul təmsilçisinin bir neçə ulduz transferini reallaşdıracağı gözlənilir. Klubun maraqlandığı oyunçulardan biri "Bavariya" forması geyinən Leon Qoretzkadır. Futbolçu ilə bu həftə görüş keçirilməsi ehtimalı var. Almaniya klubu 29 yaşlı oyunçunu satmaq niyyətindədir.

Digər tərəfdən İstanbul klubu Sofyan Amrabat və Giovanni Lo Celso üçün danışıqları sürətləndirəcək. Klub "Totenhem"də oynayan Serxio Requlyonla maraqlansa da, oyunçunun "Barselona"nın da diqqətində olması transferi çətinləşdirir. Eyni zamanda türklər Belçika "Genk"ində çıxış edən 22 yaşlı ingilis oyunçu Arcihe Broun ilə də maraqlanırlar.


metbuat.az.