METBUAT.AZ

İdman

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

13 Avqust 2024 23:52

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.

Metbuat.az xəbər verir ki, pley-off mərhələsinə gedən yolda Fransanın "Lill" kollektivi ilə qarşılaşan İstanbul komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb. Səfərdə baş tutan matçda 1:2 hesabı ilə məğlub olan "sarı-lacıvərdlilər" qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, Jose Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.


metbuat.az.