22 Avqust 2024 09:43
“Fənərbaxça” yarımmüdafiəçi transferi ilə bağlı səylərini davam etdirir.
Metbuat.az xəbər verir ki, “Fənərbaxça”nın gündəmində “Boka Juniors”da çıxış edən Kristian Medina var. Argentina mətbuatı “Fənərbaxça”nın Medina üçün rəsmi təklif göndərdiyini yazıb. Məlumata görə, Argentina nəhəngi istedadlı futbolçu üçün 13 milyon 500 min avro tələb edir. “Fənərbaxça” rəhbərliyi rəqəmi azaltmaq üçün danışıqlar aparır. Medinanın klubu ilə müqaviləsində xüsusi bəndin olduğu deyilir.
Şərtə görə, hazırda sərbəst qalma dəyəri 15 milyon avro olan futbolçunun transfer qiyməti növbəti mövsümdən 20 milyon avro olacaq. “Boka Juniors”da futbola başlayan futbolçu dogma klubu ilə 150 matça çıxıb və 9 qol vurub, 11 məhsuldar ötürmə edib.