15 Avqust 2024 16:33
İngiltərənin "Brayton" klubu "Fənərbağça"da forma geyinən türk futbolçu Ferdi Kadıoğlu ilə razılaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə məşhur insayder Fabriziyo Romano məlumat yayıb. O bildirib ki, ingilis klubu futbolçunun şərtlərini qəbul edib və artıq İstanbul klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, "Brayton" un futbolçu üçün 35 milyon avroluq təklif göndərdiyi yazılırdı. İngiltərənin "Mançester Yunayted" komandasının da oyunçuya təklif göndərdiyi, lakin Ferdinin "Brayton"a keçməyə müsbət baxdığı deyilirdi.