13 Avqust 2024 10:48
İngiltərənin "Brayton" və "Mançester Yunayted" klublarından təklif alan Ferdi Kadıoğlu seçimini edib.
Metbuat.az "Milliyet"ə istinadən xəbər verir ki, klubların transferlə bağlı anlaşacağı halda, Ferdi Kadıoğlu Mançester təmsilçisinə keçməyi arzulayır. "Brayton" "Fənərbağça"lı futbolçu üçün türklərə 35 milyon avro təklif edib, "Mançester"in təklifi isə bundan aşağıdır, lakin yeni bir təklifin ediləcəyi gözlənilir.
Ferdi Kadıoğlunun mümkün transferi ilə bağlı danışan "Fənərbağça"nın portuqaliyalı baş məşqçisi Joza Mourinyo deyib ki, uğur qazanmaq istəyən komandalar ən yaxşı oyunçularını itirməməlidir və o, Ferdinin komandada qalmasını istəyir.
Qeyd edək ki, İstanbul təmsilçisi ilə 2 illik müqaviləsi qalan Kadıoğlu kluba 2018-ci ildən Niderlandın "NEC Nijmegen" klubundan 1,4 milyon avroya keçib.