METBUAT.AZ

İdman

Ferdinin menecerindən surpriz açıqlama -

16 Avqust 2024 16:07

"Fənərbağça"dan ayrılmaq üzrə olan Ferdi Kadıoğlunun menecerinin açıqlaması sosial şəbəkələrdə türk fanatları həyəcanlandırıb.

Metbuat.az xəbər verir ki, türk mediasının yazdığına görə, oyunçu artıq İngiltərənin "Brayton" klubu ilə bütün şərtləri razılaşdırıb, transferin reallaşması üçün klublarına anlaşması gözlənilir. İngilislərin futbolçu üçün təkflit etdiyi rəqəm isə 35 milyon avrodur.

Digər tərəfdən "Mançester Yunayted" də futbolçu üçün təklif göndərib, məbləğin 35 milyon avrodan az olması transferin reallaşmasına mane olur. Türk mediası yazır ki, Ferdinin niderlandlı meneceri Joot Eberger futbolçunu "Brayton"a keçmək üçün razı salmağa çalışır və. Meneceri türk futbolçuya söz verib ki, "Brayton"dan 2 il sonra onu "Real Madrid", "Barselona", "PSG", "Bavariya" kimi klublardan birinə transfer edəcək və Çempionlar Liqasını qazana biləcək.


metbuat.az.