METBUAT.AZ

Dünya

Fransa Durovun qardaşının həbsinə əmr verib -

28 Avqust 2024 16:21

Mart ayında Fransa hakimiyyəti təkcə "Telegram"ın baş direktoru Pavel Durovun deyil, həm də onun qardaşı Nikolayın həbsinə əmr verib.

Metbuat.az bildirir ki, bu barədə Politico əldə etdiyi Fransa inzibati sənədinə istinadən məlumat yayıb.

Sənəddə deyilir ki, Fransanın "Telegram"a dair gizli istintaqı daha genişdir və bir neçə ay əvvəl başlayıb. Söhbət "Telegram"ın uşaqların cinsi istismarı ilə bağlı araşdırmada Fransa polisi ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlıdır.


metbuat.az.