METBUAT.AZ

Dünya

Fransada 12 yaşlı uşaq "terrorun təbliğində" ittiham edilir

23 Avqust 2024 12:22

Fransanın şərqində məhkəmə yüzlərlə videoya baxıb dərc edən 12 yaşlı uşağı “terror aktlarını təbliğdə” təqsirli bilib.

Metbuat.az bildirir ki, Monpelye prokuroru Paul-Eduard Lalois keçirdiyi mətbuat konfransında bildirib ki, uşaq terror təbliğatı və ya qırğınları ehtiva edən 1700-dən çox video çəkib və bu videoları şifrəli mesajlar vasitəsilə paylaşıb.

Qapalı keçirilən prosesdə uşaq hakim qarşısında İslam dini ilə maraqlandığını və bu ideyalarını "Discord" və "Telegram" kimi müzakirə kanallarında müdafiə etdiyini etiraf edib.

Prokuror bildirib ki, oğlan “radikal xarakterli müzakirələrdə iştirak edib və dəfələrlə orduya çağırıldığını bəyan edib”. Prokuror oğlanın “terror aktlarını dəstəklədiyini və bu cür hərəkətləri təşviq edə biləcəyini” düşünür. Hakim qeyd edib ki, uşağın psixoloji zəifliyi onun “ekstremist hadisəyə cəlb olunması üçün münbit zəmin” yaradır.

Uşaq inkişaf pozğunluqlarından, xüsusən də dil gecikməsindən əziyyət çəkir. Prokurorun sözlərinə görə, uşaq “məktəbə uyğunlaşmaqda çətinlik çəkib” və “tənhalıqdan” əziyyət çəkirmiş.

Hökm 7 ay ərzində elan ediləcək, lakin yaşı az olduğu üçün o, həbs cəzası əvəzinə maarifləndirici və təlimatlandırıcı tədbirlərlə üzləşəcək.


metbuat.az.