METBUAT.AZ

Hadisə

Gənc sevgilisini öldürən 62 yaşlı müəllimə

21 Avqust 2024 16:28

Abşeron rayonunda gənc sevgilisini qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin məhkəməsi yekunlaşıb.

Metbuat.az APA-ya istinadən əbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmə prosesində dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən E.Quliyev 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.

Belə ki, hadisəni törədən Eynulla Quliyev qeyri-rəsmi münasibətdə olduğu Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.

E.Quliyevin Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində cinayət məcəlləsinin 120.1-ci maddəsiylə istintaq aparılıb.


metbuat.az.